TAP şəbəkə qaydaları ilə bağlı ictimai məsləhətləşmələr aparır

TAP şəbəkə qaydaları ilə bağlı ictimai məsləhətləşmələr aparır

Trans Adriatik Boru Kəmərinin konsorsiumu (TAP AG) 20 dekabr 2022-ci il və 31 yanvar 2023-cü il tarixləri arasında TAP şəbəkə qaydalarına (Network Code) təklif olunan düzəlişlər üzrə ictimai məsləhətləşmələr keçirir.

Bu barədə “APA-Economics” konsorsiuma istinadən xəbər verir.

“TAP təklif olunan nəqliyyat xidmətlərini davamlı olaraq təkmilləşdirmək üçün səylər göstərir. Bu baxımdan, ötən ildəki əməliyyat təcrübəsinə əsaslanaraq, TAP şəbəkə qaydalarına bəzi düzəlişlər etmək istəyir”, – konsorsiumun kommersiya direktoru Mariya Savova deyib.

Qeyd edək ki, Network Code TAP nəqliyyat sisteminin istismarı qaydalarını və prosedurlarını əhatə edir və daşıyıcının, qeydiyyatdan keçmiş tərəflərin və yükgöndərənlərin tutum həcmlərinin sifarişi və istifadəsi ilə bağlı hüquq və öhdəliklərini təfərrüatlı şəkildə əks etdirir.

Xatırladaq ki, TAP ilə Avropaya Azərbaycan qazı nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − 1 =