Niyə sionistlər İsrailin 2028-ci ilə qədər məhv olacağını etiraf edirlər?

Niyə sionistlər İsrailin 2028-ci ilə qədər məhv olacağını etiraf edirlər?

Son dövr ərzində göstəriciləri əvvəlkindən daha çox üzə çıxan sionist rejimin bir sıra həlli mümkün olmayan daxili və xarici çəkişmələri israilliləri bu rejimin qaçılmaz məhvini etiraf etməyə vadar edib.

Sionist rejimin üzləşdiyi daxili və xarici problemlərin artması ilə, xüsusilə yeni mərhələdə sionistlər üçün böhran yaradan ifrat faşist kabinetinin yaradılması işğalçı rejimin müxtəlif siyasi-hərbi və media sahələrində İsrailin məhvinin yaxınlaşması ilə bağlı xəbərlərin artmasına səbəb olub.

Səksəninci illərin lənəti

Bir çox sionistlər arasında belə bir qəti inam var ki, tarixi faktlara əsaslanaraq onların mövcudluğu 80 ildən artıq olmayacaq. Bu, o deməkdir ki, İsrail 2028-ci ildə məhv ediləcək.

İsraillilərin istinad etdiyi mövcud faktlara görə, əvvəlki iki yəhudi hökumətinin heç biri 80 ildən çox yaşamadı və nəticədə onların üçüncüsü olan və işğal olunmuş Fələstin torpaqlarında öz hökumətini quran İsrail təhlükə qarşısındadır.

Sionist rejimin o zamankı baş naziri Ehud Barak bunu ibrani dilində nəşr olunan “Yediot Aharonot” qəzetində dərc etdirdiyi məqalədə açıq şəkildə bəyan edərək “Tarix boyu yəhudilər 80 ildən artıq hökmranlıq etməyiblər.” – deyib.

Ondan əvvəl sionist rejimin Nazirlər Kabinetinin formalaşdırılması ilə məşğul olan baş nazir Benyamin Netanyahu 2017-ci ildə demişdi ki, “Mən İsrailin yüzilliyinə çatmasına çalışacağam, lakin bu, zəmanətli məsələ deyil, çünki tarix bizə öyrədib ki, heç bir yəhudi hökumət 80 ildən çox davam etmir.”

İbranidilli KİV-in məlumatına görə, sorğunun nəticələri göstərir ki, israilli gənclərin üçdə biri yaxın 25 ildən sonra İsrailin mövcud olmayacağına inanır, bəs nə üçün sionistlərin özləri İsrailin tezliklə məhv olacağı barədə bu qədər xəbərdarlıq edirlər?

Daxili parçalanmalar

“Biz dönüşü olmayan bir nöqtədəyik və İsrail son nəfəsini verir, burada həyatın dadı yoxdur və israillilər Fələstinə gələndə anladılar ki, sionist hərəkatının uydurduğu yalanın qurbanı olublar.” Bu, İsrailin hazırkı vəziyyətini qısa bir cümlə ilə ümumiləşdirən sionist analitik “Ari Şavit”in cümləsidir.

Ola bilsin ki, sionist rejimin yaşadığı daxili parçalanmalar onun uzaq keçmişdən bəri mövcud olan yeni mərhələdə üzləşdiyi ən mühüm problemdir. Bu sahədə sionist ekspert Gideon Levi deyir: Ən çətin şərtlərlə qarşı-qarşıyayıq, İsrailin xərçəng xəstəliyi son mərhələyə çatıb və onu müalicə etmək üçün heç bir yol yoxdur və bu xəstəlik dəmir günbəz sistemi və ya maneə ilə müalicə edilə bilməz.

Son zamanlar Netanyahunun kabinetinin işə başlaması və hakimiyyətin xüsusi və ifratçı qrupun əlində inhisarına keçməsi ilə sionistlər arasında daxili qarşıdurma xeyli güclənib və bu, həm bir çox siyasi partiyaları narazı salıb, həm də sionist mühacirləri qəzəbləndirib.

Ola bilsin ki, israillilər arasında bu problemin ölçülərini vurğulayan şey, bir neçə gün əvvəl sionist rejimin keçmiş müharibə naziri Aviqdor Libermanın Netanyahuya qarşı səsləndirdiyi ittihamdır: “Netanyahu israilliləri iki və ya daha çox qrupa bölür. İsrailin maraqlarını şəxsi maraqlarına qurban verir.

Həmin vaxt MOSSAD-ın rəhbəri olan “Tamir Pardo” da eyni kontekstdə belə demişdi: İsrailə qarşı böyük təhdidlər haqqında çoxlu söhbətlər olsa da, son illərdə özünü büruzə verən və biz israillilər üçün ən böyük təhlükə “öz-özünə parçalanma” fenomeninin ortaya çıxmasıdır.

Əks miqrasiya

Təhlükəsizliyin itirilməsi nəticəsində israillilərin qəlbinə varlıqlarının gələcəyi ilə bağlı ümidsizlik sızıb və hökumətin onları qoruya bilmədiyini göstərən başqa bir göstərici də Fələstindən qaçmaq məqsədilə Avropa pasportu almaq üçün müraciətlərin artmasıdır.

Knessetin keçmiş spikeri Abraham Borq “Washington Post” qəzetində dərc olunan məqaləsində bildirib:

İsrail sionist xəyalının sonu ərəfəsindədir və məhvə doğru gedir. Mənim özüm də Fransa pasportum var və mən israillilərin özləri üçün başqa pasport olmasını istəyirəm.

2018-ci ildə nəşr olunan “Yəhudilərin əksi miqrasiyası və Fələstində müstəmləkə mövcudluğunun gələcəyi” adlı araşdırmaya görə, son bir neçə onillikdə işğal olunmuş Fələstini tərk edən yəhudilərin sayı bir milyon yarım nəfərə çatır.

2020-ci ildə sionist rejimin Mühacirət və Miqrasiya Nazirliyi bir hesabat dərc edərək elan etdi ki, təxminən 16.000 yəhudi Fələstin müqavimətinin raket zərbələrindən qorxaraq İsraili (İşğal olunmuş Fələstin) tərk edib.

Köçkünlərin işğal olunmuş torpaqlardan qaçmaq cəhdi dünya yəhudilərinin bu torpaqlara köçmək istəyinin xeyli azaldığı bir vaxtdadır. Belə ki, ötən əsrin 90-cı illərində işğal olunmuş Fələstinə illik miqrasiya nisbəti indiki mərhələdə 100 min nəfərdən 14 min nəfərə enmişdir.

Hərbi qurumların dağılması

Bu ayın ortalarında sionist rejimin Müvəqqəti Nazirlər Kabinetinin müharibə naziri “Benni Gants” “İsrael Hume” qəzetinə müsahibəsində İsrail ordusunun əziyyət çəkdiyi problemlərin miqdarına toxunaraq, bu orduda insan qüvvəsi əskikliyini bu vəziyyətin bir təhlükəsizlik bombası kimi olduğu xəbərdarlığını etdi.

Sionist ordusunun daxili təfriqələri və mənfi baxışları israilli tədqiqatçılar və mütəxəssislərin ordunun dağılması ilə bağlı həyəcan təbili çalmasına səbəb olub.

 İşğal olunmuş ərazilərdə “Gənclər Hərəkatları Koalisiyası” kimi tanınan qrupun apardığı sorğunun nəticələri göstərir ki, israilli gənclərin üçdə biri orduya qoşulmaq istəmir və bu, çox qorxuludur.

 “İsrael Hume” qəzetinin 2022-ci ilin iyul ayında dərc etdiyi hesabata əsasən, 2020-ci ildə 2400-2500 nəfərin sionist ordusunda xidmətdən qaçdığı, 2021-ci ildə isə bu rəqəmin təxminən 3100-ə çatdığı aşkar edilib.

Sionist rejim ordusunda daxili ixtilaflar və əsgərlərin fərariliyi ilə yanaşı, İsrail əsgərləri arasında narkomaniya da xeyli artıb.

2018-ci ildə işğal altında olan Fələstində “Narkotik Təşkilatı” adlandırılan qurum ordu əsgərləri arasında narkotik aludəçiliyinin 54,3%-ə çatdığını açıqlayıb və ordu psixoloqları bunu böyük təhlükə hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =