Naxçıvanda hansı qadağalar aradan qaldırıldı? – VİDEO

Naxçıvanda hansı qadağalar aradan qaldırıldı? – VİDEO

Naxçıvan Ali Məclisinin önündə icazəsiz çəkiliş etmək bir yana, burada avtomobil saxlamaq belə qadağan idi.

Baku TV-nin müxbiri Tural Müseyibov bildirir ki, çəkiliş zamanı heç bir mane olmayıb.

Onun sözlərinə görə, yaxınlaşıb sual verən də yoxdur. Bu, indiyə qədər görülməmiş haldır. 

Bildirilir ki, ora çəkiliş qrupları gələndə hər zaman icazələr alınırdı.

T.Müseyibov qeyd edir ki, Vasif Talıbovun istefa xəbəri çıxandan dərhal sonra Naxçıvanın böyük ticarət mərkəzlərinin birinin önündə canlanma baş verib.

Bundan başqa, Naxçıvanda avtomobillərin arxa şüşələrinə pərdə və plyonkaların vurulması ilə bağlı məhdudiyyət də artıq yoxdur.

Daha ətraflı süjetdə: 

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =