Kənani Zelenskiyə xitabən deyib: İranın strateji səbri sonsuz olmayacaq

Kənani Zelenskiyə xitabən deyib: İranın strateji səbri sonsuz olmayacaq

Xarici İşlər Nazirliyinin sözçüsü Ukrayna Prezidentinin ABŞ Konqresində İranla bağlı təkrar ittihamlarını və nalayiq bəyanatlarını pisləyib və deyib: Zelenski bilməlidir ki, İranın əsassız ittihamlara qarşı strateji səbri sonsuz olmayacaq.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (22 dekabr) Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Konqresində İran İslam Respublikası əleyhinə səsləndirdiyi təkrar ittihamları və nalayiq bəyanatlarını pisləyib.

Ukrayna Prezidenti Vladimir Zelenski Konqresin dünənki iclasında İrana qarşı əsassız ittihamları təkrarlayıb və “terrorçu” sözündən istifadə edib.

Bu görüşdə o, İranın Ukraynadakı müharibədə ölkənin infrastrukturunu hədəfə almaq üçün Rusiyanı dəstəklədiyini iddia edib və Amerika rəsmilərindən ən qısa zamanda Kiyevə silah göndərərək dəstək vermələrini istəyib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu əsassız ittihamlara cavab olaraq İran İslam Respublikasının Ukrayna hakimiyyətinin iddia edilən pilotsuz təyyarələr məsələsi ilə bağlı əsassız ittihamlarına dəfələrlə cavab verdiyini bir daha vurğulayıb. İran İslam Respublikasının Ukrayna müharibəsində istifadə etmək üçün heç bir tərəfə heç bir hərbi texnika vermədiyini bildirib.

Kənani bəyan edib: Biz hər zaman ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət etmişik və cənab Zelenski bilməlidir ki, İranın əsassız ittihamlara qarşı strateji səbri sonsuz olmayacaq.

Xarici İşlər Nazirliyinin sözçüsü xatırladıb: Cənab Zelenski ABŞ-ın dəstəyindən məmnun olan bəzi ölkələrin liderlərinin taleyindən dərs almalıdır.

Zelenski ABŞ Konqresindəki bəyanatlarında Rusiyanın Ukraynadakı müharibədə İran pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı həmişəki iddialarını təkrarlayıb.

 “İran Rusiyada yüzlərlə intiharçı pilotsuz uçan aparat yerləşdirib ki, bu da bizim həyati infrastrukturumuzu risk altında qoyur. Bir terrorçu digərini belə kəşf etdi.”

Qeyd edək ki, İran İslam Respublikasının hakimiyyət orqanları bundan əvvəl Ukrayna müharibəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin göndərilməsi ilə bağlı əsassız iddiaları rədd etmişdi.

İran İslam Respublikası Ukrayna böhranının başlanğıcından bu böhranın sülh yolu ilə həlli üçün hər cür səy göstərib və həmişə bu böhranın həllinə kömək etməyə hazır olduğunu bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − four =