İranda “Mossad” ilə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb

İranda “Mossad” ilə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb

İranın İnformasiya Nazirliyi İsrail kəşfiyyat xidməti – “Mossad” ilə əlaqəsi olduğu iddia edilən 4 əməliyyat qrupunun üzvlərini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Mehrnews” məlumat yayıb.

Bildirilib ki, bu qruplar İranda davam edən etirazlar fonunda bir neçə hibrid terror əməliyyatı keçirməyi planlaşdırıblar.

Daha əvvəl İranın İnformasiya Nazirliyi müdafiə sənayesində təxribat törətməyi planlaşdıran “casus şəbəkəsi” üzvlərinin müəyyən edilərək saxlanıldığını da açıqlamışdı.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 10 =