Çin ABŞ-ın keçmiş dövlət katibinin köməkçisinə sanksiya tətbiq edib
Çin hökuməti iki ABŞ vətəndaşına qarşı sanksiya tətbiq edib.
APA “Bloomberg“ə istinadən xəbər verir ki, bu barədə Çin XİN-in yaydığı məlumatda bildirilib.
Sanksiyalar ABŞ tərəfindən Çinin Tibet Muxtar Vilayətində insan hüquqlarının pozulması ilə bağlı iddialara cavab olaraq tətbiq edilib.
Məhdudiyyətlər ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun xarici siyasət üzrə müşaviri işləmiş Yu Maoçuna və Konqresin Çin üzrə İcraiyyə Komissiyasının kadrlar üzrə direktor müavini Todd Steynə şamil edilib.
Apa.az