Xəstələrə təcavüz etdi, videoya çəkdi… – Tibb işçisinin ŞOK ƏMƏLİ

Xəstələrə təcavüz etdi, videoya çəkdi… – Tibb işçisinin ŞOK ƏMƏLİ

Publika.az xəbər verir ki, bu barədə KDVR məlumat yayıb.

61 yaşlı Kristofer Lambros tibb qardaşı lisenziyasını 12 iyun 2012-ci ildə alıb və dərhal Kolorado ştatının Grand Junction şəhərindəki Müqəddəs Məryəm Xəstəxanasında işə düzəlib. Paralel olaraq, o, şəhərdəki özəl klinikalarda işləyirmiş.

Təhqiqat klinika əməkdaşının iyulun 8-də Lambrosun huşunu itirmiş xəstənin xalatını çəkdiyini və çılpaq formada selfi çəkməyə cəhd etdiyini aşkar etdikdən sonra başlayıb. Lambros kiminsə otağa girdiyini anlayanda telefonu yerə atıb və xəstənin üstünə xalat örtüb.

Polis Lambrosu dindirib və ondan nə baş verdiyini izah etməsini istəyib. O, həmkarının ittihamlarını rədd edib və bildirib ki, o, xəstəyə ancaq trombozdan mədəsinə iynə vurub. Buna baxmayaraq, polis onun telefonunu ələ keçirmək üçün kifayət qədər səbəb tapıb.

Telefonda Lambrosun huşunu itirmiş və onlarla cinsi hərəkətlər edən və çılpaq xəstələrlə poza verdiyi fotoşəkillər və videolar olub. Onun elektron cihazlarına növbəti baxış zamanı çılpaq xəstələrlə poza verdiyi, onlara təcavüz etdiyi və digər ədəbsiz hərəkətlər etdiyi 700 min fotoşəkil və 65 min saatlıq video aşkar edilib.

Lambrosun qurbanlarının dəqiq sayı hələ müəyyən edilməyib, lakin müstəntiqlərin fikrincə, “yüzlərlə, hətta minlərlə insandan” danışmaq olar. Oktyabrın 25-də həmin şəxs həbs edilib və cinayətin üç epizodunda ittiham olunur.

Zərərçəkənlər Lambrosun işlədiyi xəstəxanalara qarşı da iddia qaldırıblar. Zərərçəkənlər tibb müəssisələrinin rəhbərliyinin Lambros növbəsi zamanı dərmanların həddindən artıq istifadəsinə diqqət yetirməməsindən təəccüblənirlər. O, qurbanlarını yatırmaq üçün bu dərmanlardan istifadə edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 19 =