Nazir nöqsanlara görə polkovnik-leytenantı İŞDƏN ÇIXARDI

Nazir nöqsanlara görə polkovnik-leytenantı İŞDƏN ÇIXARDI

Publika.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun xidmətdə yol verdiyi nöqsanlara görə vəzifədən azad edildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov rəis müavininin sərəncama götürülməsi ilə bağlı məlumatı saytımıza təsdiqləyib. (oxu.az)

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − twelve =