İnqilab Rəhbərinin iştirakı ilə Xanım Fatimənin (ə) şəhadət günləri ilə bağlı matəm mərasiminin ilk gecəsi keçirilib-Foto

İnqilab Rəhbərinin iştirakı ilə Xanım Fatimənin (ə) şəhadət günləri ilə bağlı matəm mərasiminin ilk gecəsi keçirilib-Foto

İmam Xomeyni (r.ə) Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri və bir qrup insanın iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı əzadarlıq mərasiminin ilk gecəsi keçirilib.

Bu mərasimdə Beynəlxalq Qurani-Kərim qarisi Hüseyn Fərdi Allah kəlamından ayələr oxuyub, sonra Höccətul-İslam vəl-müslimin Siddiqi çıxış edib.

Həmçinin, bu tədbirdə Məhəmmədrza Tahiri Xanım Zəhraya (ə) mərsiyələr deyib.

Bu il korona xəstəliyinin azalması və eyni zamanda sağlamlıq qaydalarına riayət olunmasının davam etdirilməsi zərurəti ilə əlaqədar olaraq əzadarlıq mərasimi İmam Xomeyninin (r.ə) Hüseyniyyəsində məhdud sayda əzadarların, o cümlədən az sayda şəhid ailələrinin iştirakı ilə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =