Şəhid Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin qətlinin günahkarlarını cəzalandırmaq üçün doğru zamandır

Şəhid Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin qətlinin günahkarlarını cəzalandırmaq üçün doğru zamandır

İraq parlamentinin üzvü deyib ki, indi hökumət və ədliyyə orqanlarının Bağdad hava limanı cinayətində əli olmaqda şübhəli bilinən bütün şəxsləri cəzalandırmaq üçün doğru vaxtdır.

İraq parlamentinin üzvü Məhəmməd Əl-Bəldavi bu gün vurğulayıb ki, bu ölkədə hökumət və məhkəmə sistemi şəhid Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin qətlinin səbəbkarlarının müəyyən edilməsi üçün ciddi tədbirlərə başlamalıdır.

Əl-Bəldavi Əl-Malumə xəbər saytına deyib: “İndi hökumət və məhkəmə sisteminin Bağdad hava limanı cinayətində əli olmaqda şübhəli bilinən bütün şəxsləri cəzalandırması üçün yaxşı fürsətdir. Təbii ki, onları vəzifələrindən uzaqlaşdırdıqdan sonra.”

Əsl cinayətkarları müəyyən etmək üçün indi yaxşı fürsət olduğunu deyən Bəldavi aydınlıq gətirib: Terror əməliyyatlarının həyata keçirilməsində məsul olan tərəflər və bu cinayətdə istifadə olunan alətlər məlumdur, lakin indi bu cinayətdə əli olanları, onlar şərik olmuş və düşmənə məlumat vermiş kəsləri axtarmalıyıq.

Bu İraq nümayəndəsi qeyd edib: Qələbə komandirlərinin (şəhidlər Süleymani və Əl-Mühəndis) öldürülməsində çoxlu adamlar iştirak edib.

Ona görə də mühüm məsələ bu insanların cəzalandırılmasıdır. Parlament də bu məsələdə qətiyyətli mövqe tutmalıdır.

Ötən ilin noyabrında İraq parlamentindəki Əs-Sadiqun fraksiyasının nümayəndəsi Turki Əl-Camali bildirib ki, Bağdad hava limanında törədilən cinayətdə əli olan məmurlar və şəxslər vəzifələrindən asılı olmayaraq məhkəməyə təqdim edilməlidir.

Xüsusilə Amerika bu cinayətdə bəzi muzdluların və əlaltıların rolunu etiraf etdikdən sonra.

O, daha sonra deyib ki, Bağdad aeroportunda cinayətin 3-cü ildönümünə bir neçə həftədən az vaxt qalıb və onun törədilməsində Amerika ilə əməkdaşlıq edən agentlər hələ də mühakimə olunmayıb.

Turki Əl-Camali əlavə edib: “Mustafa Əl-Kazimi hökumətində bu cinayəti ört-basdır etməyə cəhd edilib. Əl-Kazimi hökumətindəki bəzi məmurların cinayətkarların kimliyinin bilinməsinə mane olmağa çalışdıqlarını göstərən ipucları və dəlillər var.

Əl-Camali vurğulayıb: “Amerikalılarla sövdələşmədə görünən Mustafa Əl-Kaziminin onlara cavab vermədiyi çoxlu suallar var. Əl-Kazimi hökuməti işin bütün təfərrüatlarının üzə çıxmasına mane olub və bu cinayətdə iştirak edənlərin, onun planlaşdırılmasında və icrasında iştirak edənlərin anonim qalmasına çalışıb.

Bununla bağlı ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Süleymani və Əl-Mühəndisin qətlində İraq Kəşfiyyat Təşkilatının ünsürlərinin əli olduğunu qeyd etmişdi.

İraqın Əl-Nucəba hərəkatının sözçüsü Nəsr Əş-Şəmmari Mayk Pompeonun sözlərinə cavab olaraq müsahibəsində deyib: “Bağdad hava limanında cinayət açıq şəkildə və İraq təhlükəsizlik xidmətinin köməyi ilə həyata keçirilib. Amma buna görə bütün İraq Kəşfiyyat Təşkilatını tamamilə məsuliyyətə cəlb etmək istəmirəm.

Şübhə yoxdur ki, həmin təşkilatda bu cinayətdə iştirakına görə dövlətə xəyanət edən insanlar var və onlar İraq qanunlarına görə mühakimə olunmalıdırlar.”

O vurğulayıb: “Bu iki şəhid komandirə yaxın olan insanlar arasında sui-qəsdlər törətmək və mobil telefonlarını həkləmək məqsədi ilə Amerikanın nüfuzuna dair hər hansı iddia şişirdilmiş yalandır.

Aydındır ki, İraq hökuməti, Bağdad hava limanı və Baş nazirlik də Hacı Qasimin səfərindən xəbərdar idi və bu məlumat bu kanallar vasitəsilə yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + three =