İranda Britaniya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb

İranda Britaniya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb

İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində yerləşən Kirman əyalətində Britaniya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 7 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinin bəyanatına istinadən ISNA məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlılar fəaliyyətini Britaniya kəşfiyyatçılarının təşkil etdiyi qruplaşma üzvlərini saxlayıb. Bu qrupa daxil olan bir neçə nəfərin ikili vətəndaşlığı olub. Onlar yaxın gələcəkdə İranı tərk etməyi planlaşdırsalar da, buna müvəffəq olmayıblar.

Saxlanılanlar son qarşıdurmalar zamanı “təxribatda və sui-qəsddə iştirakda” ittiham olunurlar.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 11 =