Moskvada əlverişsiz hava şəraitinə görə 29 reys gecikib və ya ləğv edilib

Moskvada əlverişsiz hava şəraitinə görə 29 reys gecikib və ya ləğv edilib

Əlverişsiz hava şəraiti Moskvanın 3 hava limanında 14 reysin gecikməsinə, 15 reysin isə ləğv edilməsinə səbəb olub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, “Domodedovo” hava limanında 10 reys gecikib, 5-i ləğv olunub, “Vnukovo”da 1 reys gecikib, 6-sı ləğv olunub, Şeremetyevoda bu göstərici müvafiq olaraq, 3 və 4-ə bərabərdir.

Hidrometeorologiya Mərkəzinin proqnozuna görə, bu gün Moskvada hava buludlu keçəcək, qar yağacaq, yollar buz bağlayacaq, ayrı-ayrı yerlərdə çovğun olacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =