Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub

“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olduq”.

BAKU.WS sputnik armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Sankt-Peterburqda bu gün baş tutan görüşdə deyib.

O bildirib ki, hazırda əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləridir:

“Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =