2022-ci ildə 600 fələstinli uşaq sionistlər tərəfindən həbs edilib

2022-ci ildə 600 fələstinli uşaq sionistlər tərəfindən həbs edilib

Fələstin Məhbusları və Azad edilənlərin İşləri üzrə İdarə elan edib ki, sionist rejim bu il 600-dən çox fələstinli uşağı ev dustağı edib.

Fələstin İnformasiya Mərkəzinə istinadən verilən məlumata görə, Fələstin Məhbusları və Azad edilənlərin İşləri üzrə İdarə heyəti sionist rejimin bu il 600-dən çox fələstinli uşağı ev dustağı etdiyini elan edib.

Bu nümayəndə heyəti hesabatında qeyd edib ki, sionist rejim fələstinli uşaqların ev dustaqlığından onlara təzyiq etmək və uşaqlar, xüsusilə Qüdsdə yaşayan uşaqlar arasında qorxu yaratmaq üçün bir vasitə kimi istifadə edir.

Sözügedən idarə heyəti bu uşaqların bəzilərinin evlərində ev dustaqlığında olduğunu, bəzilərinin isə şəhərlərindən kənara sürgün edildiyini vurğulayıb.

Sionistlər tərəfindən fələstinli şəhidin evinin dağıdılması

Sionist ordunun sözçüsü şəhid Məhəmməd Əl-Cəbərinin evini dağıdacağını açıqlayıb.

Sionist rejim ordusunun sözçüsü elan edib ki, bu rejimin mərkəzi bölgəsinin komandanı oktyabrın 29-da Hebronun Aşmorit keçid məntəqəsi yaxınlığında keçirdiyi əməliyyatda güllələnən fələstinli şəhidin evinin müsadirə edilməsi və dağıdılması barədə göstəriş verib.

Həmin əməliyyatda bir sionist ölmüş və bir neçəsi də yaralanmaşdı.

Sionist rejimin məhkəməsi bu fələstinli şəhidin ailəsinin hökmü yenidən nəzərdən keçirməsi tələbini qəbul etməyib. Bu fələstinli şəhidin evi Hebron yaxınlığındakı Beyt Əynun qəsəbəsində yerləşir.

İordan çayının qərb sahilində 22 fələstinli həbs edilib

Bu çərşənbə axşamı səhər tezdən sionist qüvvələr İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək sionist mühacirlərə qarşı xalq müqavimət əməliyyatlarında iştirak etmək bəhanəsi ilə 22-dən çox fələstinlini həbs ediblər.

Bu basqınlar və həbslər daha çox Nablus, Ramullah və Cənin vilayətlərində olub və sionist əsgərlər onlarla fələstinlinin evinə basqın edib, onların ev əşyalarını dağıdıb və səhra araşdırmaları aparmaq üçün bu evlərin onlarla sahibini həbs ediblər.

Fələstinli Əsirlər Klubu elan edib ki, sionist əsgərlər Əl-Məsakinəş-Şəbiyyə məhəlləsində Əbdürrəhim Fəvzi Başkərin evinə basqın edərək onu həbs ediblər. Başkər azad edilmiş məhbusdur və həyatının 20 ilini sionist rejimin həbsxanalarında keçirib.

Sionist qüvvələr həmçinin Usəyrə küçəsindəki evində “Əl-Kətlətul-İslamiyyə”nin Ən-Nəca Universitetindəki sözçüsü Cihad Əhmədi və hüquq fakültəsinin tələbəsi İbrahim Musa Əl-Xərazı həbs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − one =