Azərbaycan və Yaponiya arasında konvensiya imzalanıb

Azərbaycan və Yaponiya arasında Konvensiya imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz feysbuk hesabında paylaşım edib.
O bildirib ki, Azərbaycan ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyanın imzalanması ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək.
BAKU.WS