Amerikalı tədqiqatçılar: Bin Salmanın hakimiyyəti dövründə 377 min yəmənli öldürülüb, 523 səudiyyəli edam edilib-Foto
Səudiyyə Ərəbistanı silah satışı baxımından ən təhlükəli ölkələrdən biridir.
Amerika “Kato” Mərkəzinin tədqiqatçıları bu ölkəyə qarşı müharibədə 377 mindən çox yəmənlinin həlak olmasına işarə edərək, Amerika Konqresindən yəmənli qurbanların həyatına görə Səudiyyə rejiminin məsuliyyət daşımasını istəyiblər.
“Jordan Cohen” və “Conathan Ellis” Konqresə yaxın “American Hill” qəzetində məqalə dərc edərək yazıblar: Ər-Riyad Məhəmməd bin Salmanın vəliəhdliyi dövründə 377 mindən çox yəmənlini qətlə yetirib və 523-dən çox səudiyyəni edam edib.
Bu Amerika qəzeti yazırdı: “Amerika prezidenti Co Bayden və demokratların ixtiyarında olan Konqresin Səudiyyə Ərəbistanını bu cinayətlərə görə mühakimə etmək üçün bir neçə imkanları var idi, lakin onlar yalnız vaxt itirdilər.
Onlar Amerika hökumətinin mövqeyini öz siyasi partiyalarının mövqeyi ilə ziddiyyət təşkil etdiyini hesab edirdilər.
Onlar əlavə ediblər ki, Bayden üçün bu mövqe insan hüquqlarının müdafiəsində seçki vədlərini pozmaq və rədd edilmiş ölkə kimi Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əlaqə yaratmaq deməkdir.
Bu hesabatda Səudiyyə Ərəbistanının Yəməndəki məqsədlərinin sadə olduğu və bunun da saxta lider təyin etmək və istənilən siyasi müxalifətə, hətta mülki şəxslərə problem yaratmaq olduğu bildirilir.
Səudiyyə Ərəbistanı 2015-ci ildə koalisiya yaradıb və Ər-Riyadın rəhbərlik etdiyi bu koalisiya Yəmənə qarşı hava zərbələri və blokadalardan ibarət müharibəyə başlayıb.
Məlumata görə, bu müharibə 17 milyon 600 mindən çox yəmənlinin ərzaq yardımına ehtiyacı olmasına səbəb olub və ümumilikdə Yəməndə ölən və yaralananların 19 min 200 nəfərdən çoxu mülki şəxslərdir.
Bu Amerika qəzeti öz hesabatında silah satışı ilə bağlı mənfi amilləri qiymətləndirən “Kato” institutunun silah satışı risk indeksinə müraciət edərək, Səudiyyə Ərəbistanının silah satışı baxımından ən təhlükəli 30 ölkədən biri olduğunu ortaya qoyub.
“Hill” qəzeti bu silahların insan haqlarını pozaraq istifadə edildiyinə diqqət çəkərək, digər tərəfdən Səudiyyə Ərəbistanında hökumətin korrupsiyasının yüksək səviyyədə olduğunu və bu silahlarla bağlı xalqa çatacaq böyük təhlükənin də olduğunu yazıb. Bundan əlavə, mülki şəxslərə zərər verməklə yanaşı, koalisiyaya satılan silahlar qara bazara düşür və terrorçu qruplara satılır.
Bununla belə, Ər-Riyad 13 il dalbadal Amerika silahlarının bir nömrəli alıcısıdır, çünki üç ardıcıl ABŞ administrasiyası silah sövdələşmələrindən qazanc əldə etməyi insan haqlarından üstün tutur.
Sonda Amerikanın bu qəzeti ABŞ Konqresindən Səudiyyə Ərəbistanının bu ölkənin daxilində və xaricində insanları öldürən, terrorçu qruplara silah paylayan, azadlığı pozan bir ölkənin bir tiran tərəfindən idarə olunduğuna diqqət çəkib. Səudiyyə Ərəbistanı Yəməndəki qurbanlarına görə cavabdehdir.