2021-ci ildəki ölümcül istilərin səbəbi məlum oldu

2021-ci ildəki ölümcül istilərin səbəbi məlum oldu

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Earth’s Future” jurnalında dərc olunub.

Mütəxəssislər Oreqon, Vaşinqton ştatları və Kanadanın Britaniya Kolumbiyası əyalətlərinə təsir edən istilik dalğasının səbəblərini müəyyən etmək üçün xüsusi modeldən istifadə ediblər. Həmin vaxt temperaturun 40-50 dərəcəyə qalxması yüzlərlə insanın ölümünə səbəb olub.

Məlum olub ki, istilik dalğası Sakit okeanın şimalında, açıq dəniz üzərində yüksək rütubətin potensial enerji daşıyan hava kütlələrinin yaranmasına səbəb olduğu zaman artıb. Bu kütlələr “konveyer kəmərləri” kimi tanınan atmosfer axınları vasitəsilə minlərlə kilometr yol qət edərək Şimali Amerikanın qərbinə çatıblar. Sonra onlar spiralvari olaraq səthə düşüblər və potensial enerji istiliyə çevrilib.

Hava kütlələrinin şaquli genişlənməsi atmosferin daha yüksək təbəqələrindən əlavə istilik, üfüqi genişlənmə isə geniş coğrafi əraziyə təhlükəli dərəcədə yüksək temperatur gətirib. Müəlliflər deyirlər ki, həddindən artıq aşağı rütubətli torpaq da isti dalğasına səbəb olub. Nəmli torpaqlar sıx istiliyi yumşaldır və temperatur beş dərəcə selsi aşağı sala bilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eleven =