Netanyahunun kabinetinə etiraz olaraq sionist rejimin Parisdəki səfirinin istefası

Netanyahunun kabinetinə etiraz olaraq sionist rejimin Parisdəki səfirinin istefası

Sionist rejimin Parisdəki səfiri bu rejimin baş naziri “Benyamin Netanyahu”nun rəhbərliyi ilə yeni kabinetinin ekstrimisliyinə işarə edərək, istefa verdiyini açıqlayıb.

Sionist rejimin Fransadakı səfiri Yael Jermen bu gün istefa verdiyini açıqlayıb və buna səbəb Netanyahunun başçılığı ilə bu rejimin yeni kabinetinin formalaşması olduğunu bildirib.

O, Twitter hesabında Netanyahuya yazıb: “Təəssüf ki, sizin formalaşdırdığınız kabinet ekstrimist siyasət və bəyanatlara malik partiyaların nümayəndələrindən ibarətdir”

O, əlavə edib: “Məncə, bütün bunlar İsrail üçün təhlükədir və kabinetinizin nazirlərinin siyasəti və bəyanatları mənim vicdanım və dünya və İsrail haqqında fikirlərimlə ziddiyyət təşkil edir və bu vəziyyətdə mən heç vaxt öz missiyamı davam etdirə bilməyəcəm. Mən İsrailin Fransadakı səfiri kimi istefamı elan edirəm.”

 “Rəy Əl-Yəvm” qəzetinin məlumatına görə, bu ana qədər Netanyahu sionist rejimin Fransadakı səfirinin istefasına heç bir reaksiya verməyib.

Digər tərəfdən, Netanyahu 2009-cu ildən bəri sionist rejimin Knesset (parlament) nümayəndələrindən etimad səsi alaraq altıncı kabinetini formalaşdıra bildi.

Netanyahunun sionist rejim tarixində ən radikal kabineti formalaşdırdığı bildirilir. Onun Knessetdəki çıxışı ilə eyni vaxtda parlamentin daxili və xarici şəraiti gərginləşdi və parlament xaricində ona qarşı yüzlərlə insan toplaşdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 6 =