Paytaxtda 33 yaşlı qadını avtomobil vurub
Bakının Nəsimi rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Əliyeva Günay Həsən qızı yolu keçərkən avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS