Peruda güclü zəlzələ olub

Peru sahillərində 5 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 246 min insanın yaşadığı İka şəhərindən 102 km cənub-şərqdə yerin 20 kilometr dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.
Apa.az