Şimali Koreya Yaponiyaya tərəf raket atdı – Baş nazir göstəriş verdi ki…

Şimali Koreya Yaponiyaya tərəf raket atdı – Baş nazir göstəriş verdi ki…

Publika.az xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

KXDR-in paytaxtı Pxenyan yaxınlığından saat 8:00 radələrində buraxılan raketlər təxminən 100 kilometr yüksəklikdə 350 kilometr uçub və Koreya yarımadasının şərq sahillərinə düşüb.
Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.Təyyarə və gəmilərə heç bir ziyan dəyməyib.

Yaponiyanın NHK telekanalının hökumət mənbələrindən aldığı məlumata görə, Şimali Koreyanın ballistik raket buraxılışı Cənubi Koreyanın bir gün əvvəl bərk yanacaqlı raketin uğurlu sınağı ilə əlaqəli ola bilər.
Yaponiyanın Baş naziri Fumio Kişida rəsmilərə, ictimaiyyəti lazımi məlumatların operativ şəkildə çatdırılması, təyyarələrin və gəmilərin təhlükəsizliyinin təmin edilməsi, raket buraxılışları ilə bağlı gözlənilməz vəziyyətlərə hazırlamağı tapşırıb.

Yaponiya hökuməti də BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan son atışlara görə Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + twenty =