Misirdəki hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

Misirdəki hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

Terror qruplaşması Misirin İsmailiyyə şəhərində təhlükəsizlik keçid məntəqəsinə edilən və iki polis və bir mülki şəxsin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İŞİD-in Sinay əyaləti şöbəsi cümə günü Qahirə vilayətinin şərqində yerləşən İsmailiyyə şəhərində təhlükəsizlik məntəqəsinə edilən hücumun bu qruplaşmanın ünsürlərinin işi olduğunu açıqlayıb.

Misir təhlükəsizlik və tibb mənbələri cümə günü sözügedən nəzarət-buraxılış məntəqəsinin terror hücumuna məruz qaldığını, iki polisin və bir mülki vətəndaşın həlak olduğunu açıqladı.

“Bəvabə əl-Vəsat” saytının xəbərinə görə, bəzi təhlükəsizlik mənbələri iki avtomobilin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdığını və dayandıqdan sonra oradakı iki nəfərin maşından çıxaraq əllərində avtomat silahla təhlükəsizlik qüvvələrinə atəş açdığını açıqlayıb.

Keçən ilin mayında Misir Qərbi Sinayda 11 əsgərin həlak olduğu terror aktının şahidi olub.

Digər tərəfdən, BƏƏ və Səudiyyə Ərəbistanı xarici işlər nazirlikləri bəyanatlarda bu terror hücumunu pisləyərkən, Misir hökumətinin və xalqının yanında olduqlarını vurğuladılar.

“Rai Əl Yəvm” qəzetinin məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatının Katibliyi də bəyanatında bu terror aktını pisləyib və Misir hökumətinin dəstəyini və ölkənin təhlükəsizlik və sabitliyinə, terrorizmin məhvinə dəstək verdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =