Blinken yeni çinli həmkarı ilə danışıqlar aparıb

Blinken yeni çinli həmkarı ilə danışıqlar aparıb

ABŞ dövlət katibi Entoni Blinken ilə Çinin yeni xarici işlər naziri Tsin Qan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Blinken özünün tviter hesabında məlumat yayıb.

“Bu səhər mən yeni vəzifəsində işləmək üçün Vaşinqtonu tərk edən Çin Xalq Respublikasının yeni xarici işlər naziri Tsin Qanla telefonla danışdım ”, – amerikalı diplomat qeyd edib.

Söhbət zamanı Çinin xarici işlər naziri və Blinken iki ölkə arasındakı əlaqələri, eləcə də kommunikasiya kanallarının açıq saxlanmasını müzakirə ediblər.

Bundan əvvəl Tsin Qan Çinin ABŞ-dakı səfiri vəzifəsində çalışıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 10 =