Əl-Aləm Qasim Süleymaninin məzarı başında 25 ölkədən zəvvarların olması barədə xəbər verir-Video

Əl-Aləm Qasim Süleymaninin məzarı başında 25 ölkədən zəvvarların olması barədə xəbər verir-Video

Əl-Aləm-in Kirmandakı müxbiri bildirib ki, Amerika qüvvələrinin Bağdad hava limanı yaxınlığındakı terror əməliyyatı zamanı şəhadətinin üçüncü ildönümündə ölkənin hər yerindən çoxlu sayda insan şəhid general Qasım Süleymaninin məzarını ziyarət etmək üçün gəlib.

Əl-Aləm müxbirinin verdiyi məlumata görə, 25 müxtəlif ölkədən və həmçinin İranın müxtəlif şəhərlərindən fərqli yaş qruplarından olan insanlar və Şəhid Qasim Süleymaninin məktəbinin aşiqləri onun məzarını ziyarət etmək üçün gəliblər.

Bu məkanda zəvvarların sayı o qədər çox və genişdir ki, sanki İmam Hüseynin (ə) Ərbəin ziyarətidir.

Onlar o böyük müqavimət şəhidinin şəhadətindən üç il sonra qlobal istismar qarşısında onun idealları ilə əhd bağlamağa və Amerikanın bu cinayətinin qisasını alacaqlarını vurğulamağa gəliblər.

Bu arada İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei müqavimət cəbhəsində yeni ruhiyyənin yayılmasını şəhid Qasım Süleymaninin ən görkəmli işlərindən biri hesab edib.

Həmçinin İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani vurğulayıb ki, müqavimət Süleymaninin şəhadətinin günahkarlarını cəzalandırmağa çalışır və onun nəbzi Amerikanın terrorla mübarizə komandanı general- Qasım Süleymanini öldürməsi cinayətindən üç il sonra əvvəlkindən daha güclü vurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 11 =