İraq Hizbullahı: Şəhid Komandirlərin öldürülməsinin minimum cəzası Amerikanın Qərbi Asiyadan qovulmasıdır

İraq Hizbullahı: Şəhid Komandirlərin öldürülməsinin minimum cəzası Amerikanın Qərbi Asiyadan qovulmasıdır

İraq Hizbullahının baş katibi vurğulayıb ki, zəfər komandirləri və onların dostlarının qanının bədəli ağır olmalıdır və minimum cəza isə Amerikanın Qərbi Asiyadan qovulmasıdır.

İraq Hizbullahının baş katibi Əbu Hüseyn Əl-Həmidavi bazar ertəsi bildirib ki, Amerika şəhid genera Qassem Süleymani və Əbu Mehdi Əl-Mühəndisin qanının bədəlini ödəməlidir.

İraqın Əl-Malumə xəbər saytı Əl-Həmidaviyə istinadən yazıb ki, əgər əfsanəvi müqavimət qüvvələri və onların fədakarlığı və dini vəzifələrinə inamları olmasaydı, amerikalı işğalçılara qarşı qələbə əldə olunmazdı.

O, bildirib ki, müqavimət işğalçıların burnunu yerə sürtüb və bu gün canlı qüvvə və texnika baxımından irəliləyir, böyüyür. Ona görə də bu ölkələrin maxinasiyaları özlərinə qayıdacaq və bölgədə yandırdıqları od onların qucağına düşəcək.

Bu Hizbullah komandiri şəhid Süleymani və Əl-Mühəndisin öldürülməsi ilə bağlı deyib: Biz deyirik ki, düşməndən əvvəl dostlar bilirlər ki, qələbə komandirlərinin və onların dostlarının qanının bədəli ağır olacaq.

Əl-Həmidava sonda vurğuladı ki, düşmənlərlə mübarizə aparmaq üçün müqavimət oxunun birliyi davam etməli və bütün sahələri əhatə etməlidir. Buna görə də, “biz bu oxu bizimkinə bənzər problemlərlə üzləşən ölkələri də əhatə etmək üçün genişləndirməyə çalışacağıq.”

Bununla əlaqədar olaraq İraq Sünni Alimləri Birliyinin rəhbəri Şeyx “Xalid Əl-Molla” İslam İnqilabının Qüds Qüvvələrinin komandanı şəhid general Süleymaninin və İraqın Həşdi Şəbi Təşkilatının sədr müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin üçüncü ildönümü ərəfəsində bu şənbə günü çıxış edib.

İraq Sünni Alimləri Birliyinin rəhbəri bəyan edib: “Üçüncü dəfədir ki, İslam qəhrəmanlarının hədəfə alınması ilə bağlı tarixi və ağrılı hadisəni yad edir və xatırlayırıq. Onlar vətən üçün canlarını fəda ediblər.”

Şeyx Xalid Əl-Molla əlavə edib: “Amerika Əl-Mühəndis və Süleymani ilə qarşıdurmadan çəkindi və qorxaqcasına və bir terror əməliyyatı ilə onları hədəfə aldı. Çünki onlar Qərbin bütün planlarını alt-üst etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =