Dəbdəbəli malikanə, təyyarə və… – Ronaldonun müqaviləsinin detalları

Dəbdəbəli malikanə, təyyarə və… – Ronaldonun müqaviləsinin detalları

Publika.az “Marca”ya istinadla xəbər verir ki, sponsorluq və kommersiya müqavilələri ilə illik 200 milyon dollara çata biləcək gəlirlə yanaşı, Səudiyyə klubu portuqaliyalıya bir sıra imtiyazlar da verəcək.

37 yaşlı futbolçunun müqaviləsinə dəbdəbəli malikanədə yerləşmə, Portuqaliya və İspaniyaya uçuşlar üçün təyyarə, həmçinin Ronaldo və ailəsinin bütün ehtiyaclarına diqqətin artırılması daxildir.

Daha əvvəl məlumat yayılmışdı ki, Kriştiano “Əl-Nəsr”də məşqçini dəyişmək hüququna malik olacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =