Kafe və restoranlarda qiymətlər artdı – VİDEO

Kafe və restoranlarda qiymətlər artdı – VİDEO

Publika.az xəbər verir ki, Xezerxeber.az bu barədə videosujet hazırlayıb. Qeyd olunub ki, artım xüsusilə bayram günləri daha çox hiss edilir.

Müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb.

Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.

Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.

Bildirilib ki, restoranda müştərilərə verilən meyvə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.

Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.

Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək.

Daha ətraflı süjetdə:

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + nine =