Burundakı tükləri niyə qoparmaq olmaz? Fəsadları… – VİDEO

Burundakı tükləri niyə qoparmaq olmaz? Fəsadları… – VİDEO

Publika.az oxucuları burundakı tükləri qoparmağın hansı fəsadlara səbəb ola biləcəyi ilə tanış edir.

Lor, anatomiya mütəxəssisləri və dermatoloqların araşdırmaları göstərib ki, burunda tüklərin çox olması allergiya və hətta astmanın riskini azaldır. Bununla yanaşı tüklər buruna müxtəlif allergenlərin düşməsini məhdudlaşdırır. Xüsusilə soyuq fəsillərdə, soyuqdəymə və qrip xəstəliklərinin çoxalması zamanı bu, çox vacib rol oynayır.

Bəzi insanlar burun tüklərini təmizləyir və bu məqsədlə pinset və mumdan istifadə edir. Burun nahiyəsi sinir ucları ilə zəngin olduğundan bu proses çox ağrılıdır, hətta göləri yaşardır.

Burundan tüklərin qoparması müxtəlif fəsadlara səbəb ola bilər. Misal üçün, burun dəliyindən tüklərin təmizlənməsi onu mikrob, toz və allergenlərə qarşı müdafiəsiz hala gətirir ki, bu da infeksiya və allergiya riskini artırır.

Qoparılmış tükün yerində əmələ gələn kiçik yaraya buruna daxil olan mikroblar düşə bilər. Bu isə iltihaba və hətta immun sistemi zəif olan insanlarda infeksiyanın qana keçməsinə gətirib çıxara bilər.

Bütün bunları nəzərə alaraq LOR həkimləri burun tüklərini qoparmağı tövsiyə etmir. Əgər bu tüklər sizi çox narahat edirsə, onları qayçı ilə gödəltmək və ya trimmerdən istifadə etmək mümkündür.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − fourteen =