ABŞ-ın hərbi bazası raket atəşinə tutuldu

Publika.az xəbər verir ki, bu barədə TASS ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hücum yerli vaxtla saat 09:00 radələrində baş verib.
“Suriyanın şimal-şərqindəki Konoko missiyasına dəstək obyektində koalisiya qüvvələrinə iki raket atılıb”, – ABŞ Mərkəzi Komandanlığı bildirib.
Bildirilir ki, bazanın özü zərər örməyib. Həmçinin heyət arasında itki və xəsarət alan yoxdur.
Publika.az