İordaniya parlamentinin üzvləri sionist rejimin səfirinin ölkədən çıxarılmasını tələb ediblər

İordaniya parlamentinin üzvləri sionist rejimin səfirinin ölkədən çıxarılmasını tələb ediblər

İordaniya parlamentinin bir sıra üzvləri müvəqqəti sionist rejimin nazirinin Məscidül-Əqsanı təhqir etməsinə cavab olaraq bu rejimin səfirinin öz ölkələrindən çıxarılmasını tələb ediblər.

İordaniya parlamentinin sədri Əhməd Əs-Safədi sionist rejimin təcavüzü ilə bağlı ərəb və beynəlxalq parlamentləri təcili tədbirlər görməyə çağırıb.

Əl-Safədi deyib: “İşğalçı rejimin Qüdsdəki İslam və Xristian müqəddəs yerləri üzərində suverenliyi yoxdur və biz haqq və sabitlik cəbhəsini dəstəkləməyə və İslami müqəddəs yerlərin qəyyumluğunu öhdəsinə götürən İordaniya Kralı II Abdullahı dəstəkləməyə davam edəcəyik. Həmçinin, Qüds əleyhinə heç bir sazişi qəbul etmirik və müsəlmanların və xristianların bu şəhərdəki haqqı əbədi və tarixidir.”

Ən-Nəşrə kanalının xəbərinə görə, bu görüşdə bir sıra millət vəkilləri sionist rejimin səfirinin İordaniyadan çıxarılmasını və bu ölkə ilə sülh müqaviləsinin ləğvini və bu rejimdən Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edilməsini tələb ediblər.

İordaniya parlamentinin üzvləri həmçinin sionist rejimlə əlaqələrin tamamilə kəsilməsini istəyiblər.

“Benyamin Netanyahu”nun ekstrimist kabinetinin milli təhlükəsizlik naziri İtmar Ben Guerin hər hansı hücumu barədə Qəzzədə Fələstin müqavimətinin güclü xəbərdarlıqlarına baxmayaraq, çərşənbə axşamı səhər (dünən) o və bir sıra sionist mühacirlər ciddi təhlükəsizlik tədbirləri ilə Əl-Əqsa məscidininə hücum edib və məscidin həyətlərinə daxil olublar.

Bununla əlaqədar olaraq, HƏMAS hərəkatı öz bəyanatında sionist nazirin Məscidül-Əqsaya hücumunu cinayət əməli kimi qiymətləndirib və vurğulayıb ki, sionist düşmən və onun ifratçı kabineti ilə mübarizəmiz işğalçıların məhv edilməsinə və Fələstin torpaqlarının tamamilə azad edilməsinə qədər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − five =