Dünyada Amerika hegemonluğunun tənəzzülü

Dünyada Amerika hegemonluğunun tənəzzülü

Ekspertlər və siyasi müşahidəçilər Amerikanın beynəlxalq səviyyədə rol və təsirinin azaldığını və Vaşinqtonun planlarının ölkələrdəki müqavimət hərəkatları qarşısında iflasa uğradığını düşünürlər. Bu dönüşün səbəbi nədir?

Siyasi ekspertlər hesab edirlər ki, Amerika hegemonluğu getdikcə azalır və bu ölkə əvvəlki mövqeyinə çatmaq və mövqeyini sabitləşdirmək üçün mübarizə aparır.

Siyasi ekspertlər bildirirlər ki, Rusiya ilə münaqişə yeni məsələdir və Çinlə münaqişə hərbi deyil, iqtisadi və texnoloji xarakter daşıyır və Amerikanın mövqe və nüfuzunun aşağı düşməsində regiondakı müqavimət hərəkatları da böyük rol oynayır.

Bu ekspertlər vurğulayırlar ki, Amerika hegemonluğunun tənəzzülündən danışarkən müqavimət hərəkatlarının rolunu və konkret olaraq Amerikanın İraqdan başqa ölkələrə genişlənmə planlarına qarşı durmasında mühüm rol oynamış şəhid Qasım Süleymaninin şəxsiyyətini qeyd etmək lazımdır.

İsrail məsələlərini müşahidə edənlər qeyd edirlər ki, Seyid Həsən Nəsrullahın sözləri 2000-ci ildən sonrakı bütün müharibələrdə işğalçı rejimin məğlubiyyətinin səbəblərini izah edir edir.

Hizbullah baş katibinin Amerikanın düşmənçilik planlarının iflasa uğramasına səbəb olan müqavimətin sabitliyi ilə bağlı sözlərinə istinad edən bu ekspertlər vurğulayırlar ki, Amerikanın planlarında məqsəd müqavimət oxunu parçalamaq və çökdürməkdir, lakin bu cür səylər əks nəticə verdi.

İsrailli ekspertlərin fikrincə, müqavimət hərəkatlarının qələbəsinin sirri ondan ibarətdir ki, onların əksəriyyəti öz tabeliyində olan ölkələrin rəsmi sistemləri ilə inteqrasiya edib və konkret coğrafiya ilə məhdudlaşmayıb, öz ölkələrinin hüdudlarından kənara çıxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =