Bakının Qarabağ tələbi: yaxın gələcəkdə bərpa olunmalıdır -VİDEO
Publika.az xəbər verir ki, separatçıların nümayəndəsi Vahram Balayanın açıqlaması isə Azərbaycanın qondarma rejimi ümumiyyətlə yaxına buraxmadığını, sülhməramlılarla aparılan danışıqlarda ermənilərin yaşadığı ərazilərdə rəsmi Bakının idarəçiliyinin bərpa edilməsi istiqamətində işlədiyini anlamağa imkan verir.
V.Balayan bildirir ki, “Azərbaycan danışıqlarda qəti şəkildə elan edir ki, “Dağlıq Qarabağ” yoxdur, buradakı erməni əhalinin maraqlarını da da rəsmi Bakı təmsil edir”. Bununla yanaşı, Azərbaycan sülhməramlılara, Qarabağda idarəçiliyinin bərpa edilməsinin vacibliyini də bildirib.
Publika.az