Ən qədim fələstinli məhbus 40 ildən sonra azad edilib

Sionist rejimin işğalçı qüvvələri fələstinli məhbus Kərim Yunsi 40 il işğal altındakı həbsxanalarda saxladıqdan sonra bu gün səhər azad ediblər.
Ən qədim fələstinli məhbus olan Kərim Yunis 40 illik əsirlikdən sonra cümə axşamı səhər tezdən sionist rejimin həbsxanasından qəfil və xəbərsiz azad edilib.
Fələstin Məhbusları və Onlaın İşləri üzrə Nazirlik elan edib ki, işğalçılar Kərim Yunisi səhər tezdən 1948-ci ildə işğal olunmuş ərazilərdəki “Ranana” ərazisində və “Are” qəsəbəsindəki ailə evindən uzaqda azad etməyi planlaşdırıblar və beləliklə, bu fələstinli məhbusun hər cür xoş qarşılanması və şadlıq mərasimi keçirilməsinə mane olmaq istəyiblər.
Fələstin Əsirlərinin İnformasiya İdarəsinin sözçüsü Hazim Həsənəyn bununla bağlı deyib: Kərim Yunisi işğalçılar tərəfindən bu şəkildə azad etməkdə məqsəd bütün bu illər əsirlikdən sonra hər hansı bir azadlıq şənliyinin keçirilməsinin qarşısını almaq idi. İşğalçı rejim daha öncə Şeyx Raid Səlahı da eyni üsuldan istifadə etməklə azad etmişdi.
Kərim Yunis 1983-cü il yanvarın 6-da tələbə ikən sionist qüvvələr tərəfindən həbs edilərək zindana salınıb.
Kərim Yunis dünyanın ən qədim və ən yaşlı fələstinli əsiri adlandırılıb.
O, 1983-cü ildə həbs olunarkən tələbə idi və Colan Təpələrində İsrail əsgərinə hücum etməsi və Fəth hərəkatının üzvü olması ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş və sonradan onun cəzası 40 ilə endirilmişdi.
Kərim Yunis 90-cı illərdə digər 20 fələstinli məhbusla birlikdə “Oslo Sülh Müqaviləsi”nə əsasən azad edilməli idi, lakin sionist hakimiyyət o vaxt onu azad etməkdən imtina etdi.
Yunis həbsxanada iki kitab yazıb, biri 1990-cı ildə “İsraildə siyasi reallıqlar”, digəri isə “Siyasi mübarizə və razılaşma” (1993-cü ildə).