Ənsarullahın yüksək rütbəli üzvü Əl-Aləmə müsahibəsində: Yəmən xalqı İmam Hüseynin (ə) şüarını yanaşma tərzi olaraq seçdi-Video

Ənsarullah hərəkatının liderlərindən olan İbrahim Əl-Ubeydi Əl-Aləm xəbər kanalına müsahibəsində ölkənin müxtəlif bölgələrində bugünkü yürüşlə bağlı deyib: Yəmən xalqı İmam Hüseynin (ə) “Heyhat minəz-zilləh” şüarını bir yanaşma tərzi olaraq seçib.
Əl-Aləm telekanalına müsahibəsində Əl-Ubeydi əlavə edib: Yəmən xalqı Amerikanın tələbləri və regiondakı planları qarşısında heç vaxt təslim olmayıb və olmayacaq.
O, Yəmən xalqının İmam Hüseynin (ə) şüarını bir yanaşma kimi qəbul etdiyini vurğulayaraq deyib: Yəmənlilər Səna rəhbərliyinin istəyinə uyğun olaraq inqilabi variantı seçdilər.
Bu səhər Yəmənin müxtəlif əyalətləri, o cümlədən, Səna, bu ölkənin mühasirəyə alınmasını və təcavüzkar Səudiyyə-Amerika koalisiyasının cinayətlərinin davam etməsini pisləyən geniş ictimai yürüşün şahidi olub.