Əsrin sonunadək buzlaqların yarısı yox olacaq

Əsrin sonunadək buzlaqların yarısı yox olacaq

Publika.az bu barədə “Euronews”a istinadla xəbər verir.

Alimlərin hesablamalarına görə, əgər orta qlobal temperatur hazırkı sürətlə artmaqda davam edərsə, o halda yüzilliyin sonunadək buzlaqların üçdə ikisi məhv olacaq.

Mərkəzi Avropa, Qərbi Kanada və ABŞ-da yerləşən və ölçüsü 1 kvadratkilometrdən kiçik olan buzlaqlar daha çox təhlükəyə məruz qalırlar. Bu dəyişikliklər artıq indidən nəzərə çarpır: məsələn, Alp buzlaqlarının geri çəkilməsi bir neçə onillikdir ki, davam edir və hazırda bu proses sürətlənir.

Buzlaqların əriməsi qlobal istiləşmənin ən təhlükəli fəsadlarından birinin yaranmasına – dəniz səviyyəsinin artmasına səbəb olacaq. Bu, öz növbəsində, bütün dünya üzrə xeyli sahilboyu ərazilərin, eləcə də bir sıra ada dövlətlərinin ərazilərinin su altında qalması ilə nəticələnəcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 1 =