İbrani saytı: Qəzzə barıt çəlləyidir

İbrani saytı: Qəzzə barıt çəlləyidir

İbrani mediası sionist ordunun hərbi mənbələrinin açıqlamalarına istinad edərək, Qəzzə zolağının hər an partlaya biləcək barıt çəlləyi kimi xarakterizə edib.

İbranicə “Walla” saytının hərbi müxbiri Amir Bohbout Qəzza zolağını hər an partlaya biləcək “barıt çəlləyi” ilə müqayisə edib.

Fələstinin “Şahab” saytının ərəb dilinə tərcümə etdiyi xəbərdə o, belə deyib:

“İsrail” ordusunda “Qəzzə Briqadası”na bağlı batalyonlar Qəzzə müqabilində quru və dəniz hücumları da daxil olmaqla bir neçə ssenarinin öhdəsindən gəlmək üçün təlim keçir. Bu xəbərə əsasən, bu təlimlər sionist rejimin təhlükəsizlik xidmətlərinin hazırkı sakitliyə baxmayaraq, Qəzzə ilə qarşıdurma ehtimalı ilə bağlı xəbərdarlıqları əsasında həyata keçirilir.

Bu sionist müxbirin sözlərinə görə, bu təlimlərə daxil edilən ssenarilərdən biri də ordunun donanmasının komando bölməsindən 6 nəfərin dəniz vasitəsilə Ziykim çimərliyinə keçməsi və Aşdod hərbi dəniz bazasındakı müşahidə qülləsinin müəyyənləşdirilməsi idi. Beləliklə, dərhal 74-cü batalyonun komandanlığı əməliyyatı zərərsizləşdirmək və bu dəstə üzvlərinin irəliləməsinin qarşısını almaq missiyasını öz üzərinə götürür və nəhayət, bu irəliləyiş dayandırılır.

Bu xəbərə əsasən, Qəzzə zolağına qarşı quru əməliyyatları ilə bağlı sionist rejimin əməliyyat otağında iştirak edən komandirlərdən biri Ofer Təxroş Qəzzə ordusunun quru maneələrinin qorunmasına çox diqqət yetirdiyini və HƏMAS-ın sərhəd hücumlarının qarşısını almaq üçün xüsusi təlimlər keçirdiyini deyib.

O, iddia edib ki, HƏMAS hələ də üzvlərinin “quru maneələrə” çatmaq və onları partlayıcılarla məhv etmək və sərhədlərə hücum etməsi üçün tunellər qazır.

Ofer deyib: “HƏMAS monitorinq məntəqələri və patrullar vasitəsilə məlumat toplayır və bunu “ovçu quşlar” adlı qrup vasitəsilə həyata keçirir.”

Sionist ordunun hərbi zabitlərindən Yusif Səffah da deyir ki, Qəzzədə ordunun üzləşdiyi çətinliklər İordan çayının qərb sahilində ordunun üzləşdiyi çətinliklərdən fərqlidir.

O, Qəzzada müqaviməti daim öz imkanlarını inkişaf etdirməyi və qurudakı maneələrə hücum etməyi düşünən “əsil və ağıllı düşmən” kimi xarakterizə edib.

Bu xəbərə əsasən, sionist hərbi mənbələr hesab edirlər ki, “hazırkı sakitlik vəziyyəti hər an Qəzzə müqabilində hərbi münaqişənin baş verməsinin qarşısını almaq üçün zəmanət deyil.”

Bu mənbələrə görə, “Əgər Təel-Əvivdə və ya Qüdsdə avtobus partlayarsa və beş və ya on israilli həlak olarsa, İsrail hökuməti HƏMAS-ın insanları qaçırması və ya sərhədlərə hücum etməsi vəziyyətində cavab vermək və lazım olduğu kimi hərəkət etmək məcburiyyətindədir.”

Bu mənbələr İordan çayının qərb sahilində və ya işğal altındakı Qüdsdə baş verən hadisələrə görə Qəzza zolağında yeni qarşıdurmanın baş verəcəyini ehtimal etmirlər.

Sionist mühacirlərin Məscidül-Əqsaya davamlı hücumları və sionist hərbçilərin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqınlarının kölgəsində HƏMAS həmişə qarşıdurmanı gücləndirməyin zəruriliyi barədə xəbərdarlıq edib.

HƏMAS-ın son xəbərdarlığı ötən həftəyə və “Benyamin Netanyahu”nun ekstrimist kabinetinin milli təhlükəsizlik naziri “İtmar Ben Guer”in Məscidül-Əqsaya hücum etməsinə gedib çıxır.

İbrani mediasının məlumatına görə, bu hərəkat Misir vasitəçisi vasitəsilə sionist rejimə güclü xəbərdarlıq mesajı verib və bəyan edib ki, Ben Guerin Məscidül-Əqsaya hücumu Qəzzə zolağında hökm sürən nisbi sakitliyin yox olmasına səbəb olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =