Belarusun “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Ermənistanda saxlanılıb

Belarusun “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Ermənistanda saxlanılıb

Belarusun “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi Aleksey Q. Ermənistanda saxlanılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisindən bildirilib.

Qeyd olunub ki, Belarus vətəndaşı olan həmin şəxs Rusiyanın paytaxtı Moskvadan İrəvana uçduqdan sonra, Zvartnots hava limanında həbs olunub.

Aleksey Q. oğurluqda və cinayətkar qrup təşkil etməkdə şübhəli bilinir. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − four =