Çinin yeni xarici işlər naziri sabah Afrika turnesinə çıxır

Çinin yeni xarici işlər naziri sabah Afrika turnesinə çıxır

Çinin yeni xarici işlər naziri Qin Qanq yanvarın 9-dan Afrika turnesinə çıxır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, bu onun ilk xarici səfəridir: “Bu səfər Çinin Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə verdiyi dəyərin təzahürüdür”.

Yanvarın 16-dək davam edəcək səfər Efiopiya, Qabon, Anqola, Misir və Benini əhatə edəcək, Q.Qanq Afrika ölkələrinin xarici işlər nazirləri ilə görüşəcək, həmçinin Afrika İttifaqı və Ərəb Dövlətləri Liqasının qərargahlarına baş çəkəcək

Xatırladaq ki, Q.Qanq ötən il dekabrın 30-da bu vəzifəyə təyin olunub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =