Yaponiya Baş naziri Fransaya səfər edib

Yaponiya Baş naziri Fransaya səfər edib

Yaponiya Baş naziri Fumio Kişida Fransaya səfər edib.

APA xəbər verir ki, bu barədə Baş nazir “Twitter” hesabında bildirib.

Yelisey Sarayından bildirilib ki, səfər çərçivəsində Baş nazir Kişida Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Makron və Yaponiya Baş naziri Yelisey sarayında G7-nin çağırışları və iki ölkə arasındakı tərəfdaşlığının müzakirə olunacağı iş yeməyindən əvvəl Notr-Dam kilsəsini ziyarət edəcək.

Parisdən sonra Kişida yanvarın 10-da Roma, 11-də London və 12-də Kanadanın paytaxtı Ottavaya gedəcək, yanvarın 13-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Xatırladaq ki, G7-nin növbəti sammiti may ayında Yaponiyanın qərbində, Xirosimada keçiriləcək.

Apa.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − two =