Son 24 saatda 3 fələstinli şəhid olub

Son 24 saatda 3 fələstinli şəhid olub

Sionist rejim 24 saatdan az bir müddətdə İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 3 fələstinlini şəhid edib.

Fələstin Səhiyyə Nazirliyi bu gün (cümə axşamı) 41 yaşlı fələstinli Səmir Aslanın sinəsindən aldığı güllə yarasından öldüyünü açıqlayıb. O, ötən 24 saatdan az bir müddətdə üçüncü fələstinli şəhiddir.

“Əl-Qüdsul-Ərəbi” saytının məlumatına görə, Səmir Aslan oğlunun Qüdsün şimalında yerləşən “Qələndiyyə” düşərgəsində İsrail əsgərləri tərəfindən həbsinin qarşısını almaq istəyən zaman güllələnib. Sakinlərin sözlərinə görə, sionistlər uzun müddət Səmir Aslana tibbi yardım göstərilməsinə mane olub və qanlar içində onu mühasirəyə alıblar.

“Qələndiyyə” məcburi köçkün düşərgəsi bu gün səhər sionist əsgərlərin hücumu və fələstinli gənclərin onlarla qarşıdurmasının şahidi olub.

Həmçinin, dünən (çərşənbə axşamı) axşam saatlarında Hebronun cənubundan olan “Məhəmməd Osman Səmamərə” adlı bir fələstinli sionist qüvvələri tərəfindən güllələnərək şəhadətə çatıb. O, Hafət Yəhuda qəsəbəsi yaxınlığında soyuq silahla bir sionist mühaciri yaralayarkən hədəfə alınıb.

Sionist əsgərlər bu 20 yaşlı şəhid qan içində olduğu halda təcili yardım və xilasetmə qüvvələrinin ona yardım göstərməsinə və yaxınlşamasına mane olublar.

Fələstin Səhiyyə Nazirliyi Nablusdakı “Bəlatə” düşərgəsindən olan 21 yaşlı fələstinli gənc “Amir Səlim Əbu Cüneyd”in şəhid olduğunu açıqlayıb. Ötən həftələrdə bu düşərgə fələstinlilərlə sionist qüvvələr arasında şiddətli toqquşmaların şahidi olub.

Yerli mənbələrin məlumatına görə, sionist əsgərlər bir neçə nəfəri həbs etmək üçün yenidən Bəlatə düşərgəsinə daxil olublar və bu zaman onlar arasında qarşıdurma yaranıb və Əbu Cüneyd başından güllə yarası alıb. “Ərinəl-Usud” müqavimət qrupu açıqlamasında bu şəhidin həmin qruplaşmanın üzvü olduğunu bildirib.

Sionist rejimin yeni kabinetinin anti-Fələstin fəaliyyətinin davam etməsi və sionistlərin Qüdsdə islami müqəddəs məkanları, xüsusilə də, Məscidül-Əqsanı təhqir etmələri qarşıdurmalara səbəb olub. Son aylarda İordan çayının qərb sahilində və işğal altındakı Qüdsdə fələstinlilərin şəhadət əməliyyatları və sionist rejim ordusu və polisinin mövqelərinin atəşə tutulmasında artım müşahidə olunur.

Sionist rejim daha çox şəhidlik əməliyyatlarından ehtiyat edərək, işğal olunmuş Fələstinin müxtəlif bölgələrində öz qüvvələrinin sayını artırıb və ciddi təhlükəsizlik tədbirləri görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =