Ermənilər Azərbaycanın bu gölünü məhv edir – Dəhşətli fəlakət olacaq

Ermənilər Azərbaycanın bu gölünü məhv edir – Dəhşətli fəlakət olacaq

Nəzərə alaq ki, Göyçə gölü bütün Qafqazın ən böyük duzsuz su mənbəyidir. Bəs bu göl tamamilə quruduğu təqdirdə, Ermənistan hansı fəlakətlərlə burun-buruna gələcək?

Mövzu ilə bağlı Publika.az-a danışan ekoloq Rövşən Abbasov deyib ki, Ermənistan dağlıq region olduğu üçün qızıl istehsalı təkcə torpağı yox, həm də su obyektlərini çirkləndirir. Onun sözlərinə görə, sözügedən istehsal böyük fəlakətə səbəb olur.

 “Burada ağır və çirkləndirici metallar əmələ gəlir ki, bunun nəticəsində həm torpaq, həm də su mənbələri çirklənir. Olduqca qiymətli balıqlar tələf olur, torpaqlar sıradan çıxır. Bunun öhdəsindən gəlməyin də yeganə yolu müasir texnologiyaları buraya cəlb etməkdir. Hesab edirəm ki, bu prosesdə Azərbaycan da iştirak etməlidir”.

Ekoloq hesab edir ki, hazırki vəziyyətdə Ermənistanın Azərbaycanla əməkdaşlıq etməkdən başqa çıxış yolu qalmayıb: “Gölün səviyyəsinin 20 metr aşağı düşməsində əsas səbəb elektrik enerjisi üçün istifadə edilməsidir. O zaman bu su Razdan çayına axıdılır və oradan elektrik enerjisi istehsal edilərək Ermənistanın ehtiyacları qarşılanırdı. Lakin sonradan ekoloji fəlakət olduğu ərazidə Göyçənin səviyyəsi çox azaldı və daha sonra “Sevan” layihəsi həyata keçirməyi qarşılarına məqsəd qoydular ki, çay Göyçə gölünə “Arpa-Sevan” tuneli vasitəsilə ötürülsün”.

R.Abbasov qeyd edib ki, tunelin çəkilmə layihəsi Azərbaycana gələn Arpa çayının qarşısının kəsilməsi üçün də atılan addım idi.

Ekoloqun sözlərinə görə, keçmişdə Arpa çayının suyunun gölə ötürülməsini təmin etmək üçün tunel çəkilib: “Belə bir məlumat var ki, o vaxt Xruşşov İrəvana gəlib. Ona Göyçə gölünün forel balığından qonaqlıq verirlər. O, balığı tərifləyir, Xruşşova deyirlər ki, belə balığı verən bir göl məhv olur, bunun qarşısını necə alaq? Beləliklə, tunel çəkilir. Hətta bu tunel bir neçə il işlədi. Amma daha sonra xoşbəxtlikdən, tuneldə qəza baş verdi”.

R.Abbasov vurğulayıb ki, iqlim dəyişmələri Göyçə gölünün səviyyəsini sürətlə azaldır və təbii ki, Göyçə gölündən müxtəlif məqsədlər üçün götürülən suyun miqdarı azaldılmalıdır.

Mövzu ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədr müavinİ Məhsəti Hüseynova bildirib ki, Göyçə gölünün səviyyəsi ötən ilə nisbətən 15 sm azalıb. Eyni zamanda onu qeyd etmək istəyirəm ki, artıq 2012, -2013-cü illərdən başlayaraq bu gölün quruması ilə bağlı həyəcan təbili çalınmağa başlasa da, üstündən artıq 10 ilə yaxın vaxt keçib, heç bir irəliləyiş yoxdur.

“Bu gölün ekoloji cəhətdən suyunun quruması və eyni zamanda tərkibinin zənginliyinin pozulması, göldə yaşayan canlıların azalması artıq fəlakətin yaxında olduğunu göstərir. Çünki Göyçə gölündən kənd təsərrüfatında kor-koranə şəkildə istifadə etmələri, artıq su israfının baş verməsi göstərir ki, burada mütləq şəkildə birinci bir damcı suvarma sistemindən istifadə edilməli idi.

Bundan başqa, ictimai iaşə obyektlərinin, digər obyektlərin tullantılarının axıdılması gölün suyunun tərkibinin məhv olmasına və eyni zamanda da orada bataqlığın yaranmasına gətirib çıxardır. Bataqlıqlaşma orada yaşayan canlıların bəzilərinin artıq nəslinin kəsilməsinə gətirib çıxardıb. Tarixən Göyçə gölü hər zaman alabalıqla, xərçənglə, xərçəng kimilərlə, farellə zəngin olub. Hal hazırda bunların da sayı demək olar ki, sürətlə azalmağa doğru gedir.

Bir çoxları, demək olar ki, həmin su hövzəsində yoxdur. Gölə süni şəkildə çaylar axıdılsa da, hətta erməni ekoloqlar da etiraf edirlər ki, bunun faydası yoxdur. Əksinə, gölün suyu daha çox, hətta 20 sm-ə qədər aşağı düşüb. Və təbii ki, belə davam edərsə, gələcəkdə şirin su ehtiyatı qıtlığı yaranacaq”

Ekoloqun fikrincə, Göyçə gölünün ətrafından həm də turizm məqsədili də istifadə edirlər ki, son illərdə suyun çəkilməsi bu sahəyə də təsir edib:

“Xüsusilə yayda gölün suyu daha çox çirklənir ki, bu da bəzi xəstəliklərin yaranmasına gətirib çıxarır. Mütləq şəkildə tədbirlər görülməlidir. Əks halda gölün suyu tamamilə quruya bilər. Amma görünür ki, bu fəlakətli durum Ermənistan hakimiyyətini narahat etmir. Göyçə gölü tarixən Azərbaycanın sərvəti olub. Onlar bu gölə də elə bizim sərvətimiz kimi yanaşır və qəddarcasına istismar edirlər. Özü də bu qəddarlığın yaradacağı ekoloji fəlakəti nəzərə almadan”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 18 =