Əmir Abdullahiyan Seyid Həsən Nəsrullahla görüşüb

Əmir Abdullahiyan Seyid Həsən Nəsrullahla görüşüb

İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Livanda Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün günorta (cümə) Beyrutda görüşlərini davam etdirərək Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb və onunla dialoq aparıb.

Xarici İşlər nazirinin köməkçisi və Qərbi Asiya və Şimali Afrika məsələləri üzrə baş direktor Mehdi Şüştəri, Xarici İşlər Nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsğər Xaci və İranın Beyrutdakı səfiri Müctəba Əmani də bu görüşdə iştirak ediblər.

Dünən axşam Beyruta gəldikdən sonra Xarici İşlər naziri İranın Livan xalqı, hökuməti, ordusu və müqavimətinə dəstəyinin davam etdiriləcəyini vurğulayıb.

Əmir Abdullahiyan bundan əvvəl Livan parlament sədri, Baş naziri və Xarici işlər naziri, həmçinin Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Ən-Nəxalə ilə görüşüb.

Bu, Əmir Abdullahianın bu vəzifəyə gəldikdən sonra Livana üçüncü səfəridir. O, ötən ilin oktyabrında və aprelin əvvəlində Beyruta səfər etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =