Səudiyyə koalisiyasının hücumu nəticəsində 2 yəmənli şəhid olub

Səudiyyə koalisiyasının hücumu nəticəsində 2 yəmənli şəhid olub

Yəmən mediası Səudiyyə Ərəbistanı ordusunun Yəmənin şimalına artilleriya hücumu nəticəsində 2 Yəmən vətəndaşının şəhid olduğunu, bir nəfərin isə yaralandığını bildirib.

“Əl-Məsirə” kanalının cümə axşamı verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı ordusunun sərhəddə yerləşən Şada (Şimali Yəmən) şəhərinə raket hücumu nəticəsində bir Yəmən vətəndaşı şəhid olub.

Əl-Məsirə cümə günü səhər saatlarında Səədə əyalətindəki (Şimali Yəmənin) müxbirinə istinadən bildirir ki, Səudiyyə koalisiyasının hücumu nəticəsində bu ölkənin bir vətəndaşı şəhid olub, daha bir nəfər isə yaralanıb.

Bu hücum bu həftə Səudiyyə koalisiyasının Yəmənin şimalındakı Şada və Mənbə sərhəd şəhərlərinə artilleriya hücumu nəticəsində 16 Yəmən vətəndaşının, o cümlədən, bir afrikalı mühacirin şəhid və yaralandığı bir vaxtda baş verib.

Cümə axşamı Səudiyyə koalisiyasının hərbi təyyarələri Səudiyyə ordusunun raket hücumu ilə eyni vaxtda Şada şəhərini üç hava hücumu ilə hədəfə alıb.

Ərəb koalisiyasının başında duran və ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı 2015-cü il aprelin 6-dan Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hərbi təcavüz edib və ölkəni qurudan, hava və dənizdən blokadaya alıb.

Bu hərbi təcavüzlə Səudiyyə koalisiyasın heç bir məqsədinə nail ola bilməyib, əksinə on minlərlə yəmənlinin həlak olması və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkə infrastrukturunun dağıdılması, aclıq və yoluxucu xəstəliklərin yayılması ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =