Yeməyin dadına dad qatan qaşıq çıxdı

Yeməyin dadına dad qatan qaşıq çıxdı

İsehsalçının fikrincə o, insanlar üçün təhlükəsizdir və qidanın keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Tekhkult” yazır.

Qeyd olunur ki, belə qaşıqdan istifadə orqanizm üçün təhlükəli hesab edilən duz, monosodyum qlutamat və digər ədviyyatların istehlakını azaldacaq.

SpoonTEK qaşıqında biri fincanda, digəri tutacaqda olmaqla iki elektrod, yığcam enerji mənbəyi və LED var. Yığılan qida bir elektrodla, insan əli ikinci ilə təmasda olur və qaşıq ağızda olduqda elektrodlar arasındakı elektrik dövrəsi bağlanır və cərəyanın yüngül boşalması dildən keçir.

Dildəki dad qönçələrinin elektrik cərəyanı ilə stimullaşdırılmasının yeməyin zəngin dad illüziyasını yaratdığı iddia edilir.

SpoonTEK-in işi üçün vacib şərt qidanın keçiriciliyidir, qaşıq yalnız yüksək nəmlik olan qida ilə işləyir – şorba, qatıq, dondurma. Ağız pirsinqləri olan və ya bədənində kardiostimulyator kimi elektrik cihazları taxan insanlar tərəfindən istifadə edilməməlidir. Möcüzə qaşığının qiyməti 29 dollardır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =