Bolqarıstan Ukraynaya Su-25 qırıcıları verəcəyi barədə xəbəri təkzib edib

Bolqarıstan Ukraynaya Su-25 qırıcıları verəcəyi barədə xəbəri təkzib edib

Bolqarıstan Müdafiə və Xarici İşlər nazirlikləri Ukraynaya vasitəçilərin köməyi ilə Su-25 təyyarələri göndərməsi barədə xəbəri təkzib edib.

APA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Nikolay Milkov ayrıca açıqlama verib.

“Bu barədə ilk dəfə sizdən eşidirəm”, – nazir jurnalistin sualına cavab verib.

Bundan əvvəl, Bloomberg agentliyi Bolqarıstanın 14 Su-25 qırıcı təyyarəsini Ukraynaya göndərmək planları barədə yazmışdı.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + eight =