Sorğu: Sionistlərin yarıdan çoxu İsrailin gələcəyinə bədbindir

Sorğu: Sionistlərin yarıdan çoxu İsrailin gələcəyinə bədbindir

İşğal olunmuş ərazilərdə aparılan son sorğunun nəticələri göstərir ki, sionistlərin yarıdan çoxu bu rejimin gələcəyindən qorxur.

 Son sorğu nəticələrinə görə, sionistlərin yalnız 49 %-i bu rejimin gələcəyinə nikbin baxır, 2012-ci ildəki eyni sorğunun nəticələri isə işğal olunmuş ərazilərin sakinlərinin 76 %-nin bu rejimin gələcəyinə ümidvar olduğunu göstərib.

“İsrail Demokratiya İnstitutu” tərəfindən aparılan bu sorğu göstərir ki, israillilərin yarıdan çoxu (51%) sionist rejimin gələcəyindən qorxur ki, bu da son on ildə işğal olunmuş ərazilərdəki sakinlər arasında sionist rejimin gələcəyinə ümidin kəskin şəkildə azaldığını göstərir.

Qeyd edilən araşdırmanın nəticələri bazar günü dərc edilib və onun statistik məlumatları 2003-2022-ci illər arasında insanlardan toplanan məlumatların təhlilindən ibarətdir.

Bundan əlavə, bu araşdırmanın nəticələri israillilərin sionist rejimin səkkiz qurumuna inamının azaldığını göstərir:

Sionist rejimin ordusu, polisi, President administrasiyası, Nazirlər Kabineti, Knesset, siyasi partiyalar və Ali Məhkəməsi işğal olunmuş ərazilərin sakinlərinin etibarının azaldığı səkkiz qurumdur.

Sionistlərin bu rejimin qurumlarına inamının azalmasının ən mühüm səbəblərindən biri də İsrail ədliyyə nazirinin məhkəmə sistemində islahatların aparılması ilə bağlı son planıdır.

Həmçinin bu gün (15 yanvar, bazar günü) sionist rejimin başçısı İshaq Hersoq işğal olunmuş ərazilərin 100 min sakininin nümayişindən narahatlığını bildirib və bunun nəticələri barədə xəbərdarlıq edib.

 “i24” xəbər saytının məlumatına görə, Hersoq sionist rejimin məhkəmə sistemində islahatlarla bağlı kabinetin addım və mövqelərinə reaksiya verib və vurğulayıb: “Məhkəmə sistemində islahatlarla bağlı ixtilaf millətimizi parça-parça edəcək. “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =