Çin: İsrail təxribat xarakterli hərəkətlərini dayandırmalıdır

Çin: İsrail təxribat xarakterli hərəkətlərini dayandırmalıdır

Çinin Xarici İşlər naziri bölgədə vəziyyətin pisləşməsinin qarşısını almaq üçün İsrail rejimini xüsusilə işğal altındakı Qüds şəhərində fələstinlilərə qarşı “təxribatçı addımları” dayandırmağa çağırıb.

Sputnik xəbər agentliyinin məlumatına görə, bu sözləri Çinin Xarici İşlər naziri Çin Qang Misirin paytaxtı Qahirədə misirli həmkarı Samih Şükri ilə birgə mətbuat konfransında deyib.

Çin Dövlət Başçısı Si Cin Pingdən sitat gətirən Qanq deyib: “Fələstin xalqının məruz qaldığı tarixi zülm sonsuza qədər davam etməməli və fələstinlilərin qanuni hüquqları təhlükə altına atılmamalıdır. Həmçinin, Fələstin dövlətinin qurulması ilə bağlı gözləntilər də rədd edilə bilməz.

Beynəlxalq ictimaiyyət iki dövlətli həll yoluna riayət etməli və Fələstin məsələsinin ədalətli və təcili həlli üçün Fələstin tərəfinə dəstəyi və humanitar yardımı artırmalıdır.”

Çinin Xarici İşlər naziri son vaxtlar işğal olunmuş ərazilərdə, xüsusən də, İsrailin baş naziri Binyamin Netanyahu kabinetinin hakimiyyətə gəlməsindən sonra gərginliyin artması ilə bağlı deyib:

“Son vaxtlar gərgin vəziyyətin səviyyəsi artıb və biz bundan çox narahatıq. Biz tərəfləri beynəlxalq müqavilələrə və BMT qətnamələrinə əməl etməyə və Qüds üçün stabil vəziyyəti qorumağa çağırırıq.”

Qanq davam edib: “Gərginliyin daha da artmasının qarşısını almaq üçün aidiyyatı tərəflərdən təmkin nümayiş etdirmələrini və sakitləşmələrini, həmçinin İsrail tərəfindən də təxribat xarakterli hərəkətləri dayandırmasını və gərginliyin artmasına səbəb ola biləcək hər hansı birtərəfli hərəkətdən çəkinməsini xahiş edirik.”

O, Çinin son vaxtlar Fələstin tərəfinin və Birləşmiş Millətlər Təşkilatındakı ərəb dostlarının ağlabatan tələblərinə bu məsələ ilə bağlı təcili iclas keçirərək cavab verdiyini vurğulayıb.

Çinin Xarici İşlər naziri həmçinin Misirin Fələstinin ədalətli məsələsinin dəstəklənməsindəki rolunu yüksək qiymətləndirib və əlavə edib: “Fələstin məsələsinin ədalətli həlli üçün Misir tərəfi ilə işi davam etdirməyə can atırıq.”

O, Çin və Misir arasında tarixi dostluq əlaqələrinin olduğunu və iki ölkə arasında hərtərəfli strateji əlaqələrin yüksək səviyyəyə çatdığını bildirib və əlavə edib:

“İki ölkənin prezidentləri Si Cinpin və Əbdülfəttah Əs-Sisinin səyləri sayəsində bu münasibətlər inkişaf edib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =