PSJ-nin “Əl-Nəsr”lə oyunda qazancı açıqlanıb

PSJ-nin “Əl-Nəsr”lə oyunda qazancı açıqlanıb

Fransanın PSJ klubunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl Hilal” klublarının ulduzları ilə yoldaşlıq görüşündə qazancı bəlli olub.

Apasport.az saytı xəbər verir ki, Ər-Riyad səfərindən sonra parislilərin xəzinəsinə 10 milyon avrodan çox vəsait daxil olacaq.

Bundan əlavə, PSJ bu matçın yayımından əlavə pul da qazana bilər. Qarşılaşmanın bir neçə platformada göstəriləcəyi və fransızların bu gəlirdən faiz alacağı bildirilir.

Qeyd edək ki, yoldaşlı görüşü yanvarın 19-u cümə axşamı baş tutacaq. Bu oyunda ulduzlar yığmasının kapitanı portuqaliyalı Kriştiano Ronaldo olacaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =