Nablusda sionist əsgərlərlə fələstinlilər arasında şiddətli qarşıdurma baş verib

Nablusda sionist əsgərlərlə fələstinlilər arasında şiddətli qarşıdurma baş verib

Xəbər mənbələri çərşənbə günü səhər sionist hərbçilərin İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinə hücumu və Fələstin müqavimət qüvvələrinin onlarla qarşıdurması barədə məlumat yayıb.

İRNA-nın Maa Fələstin xəbər saytına istinadən verdiyi məlumata görə, sionist rejimin bir neçə patrul avtomobili Nəblus şəhərinin şərqinə basqın edib və Yusif peyğəmbərin (ə) məqbərəsi ətrafında yerləşdirilib.

Bu xəbərə əsasən, sionist əsgərlər buranı bağlamaqla sionist mühacirlərin Həzrət Yusifin (ə) məqbərəsində dini mərasimlər keçirməsinə şərait yaradıblar.

Nablusun şərqində və cənubunda sionist əsgərlərin mövcudluğu ilə onlarla fələstinlilər arasında şiddətli toqquşmalar olub və bu münaqişədə çoxlu sayda fələstinli yaralanıb.

Sionist əsgərlər fələstinlilərlə atəş açıb, səs bombaları və gözyaşardıcı qazlar atıblar.

 “Ərinəl-Usud” müqavimət qüvvələri də bu qrupun mücahidlərinin Nablusda sionist əsgərlərlə toqquşaraq onların zirehli maşınlarını atəşə tutduqlarını açıqlayıb.

Bu günlərdə, xüsusilə, İordan çayının qərb sahilində işğal olunmuş ərazilərə xüsusi şərait hakimdir və fələstinli döyüşçülər hər vasitə ilə sionistlərin saysız-hesabsız cinayətlərinə cavab verirlər.

Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, indi isə Fələstinin şərqində İordan çayının qərb sahili gəncləri sionistlərə qarşı cəsarətlə mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 14 =