Çin: Amerikanın quldurluq hərəkətləri Suriyada humanitar fəlakəti gücləndirir

Çin: Amerikanın quldurluq hərəkətləri Suriyada humanitar fəlakəti gücləndirir

  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Suriyanın enerji resurslarının ABŞ tərəfindən talan edilməsinə cavab olaraq bildirib ki, bu ölkənin quldurluq hərəkətləri Suriyada enerji böhranı və humanitar fəlakəti daha da ağırlaşdıracaq.

Suriyanın rəsmi xəbər agentliyinin (SANA) məlumatına görə, “Vanq Ven Bin” əlavə edib: “Amerikanın Suriyanın resurslarını oğurlamasının miqyası sarsıdıcıdır və bu ölkə cavab verməlidir.”

O, Suriya xalqının yaşamaq hüququnun ABŞ tərəfindən amansızcasına tapdalandığını vurğulayaraq, bu məsələyə belə aydınlıq gətirib: Suriya xalqı qışı az neft və daha çox ərzaqla keçirmək üçün var gücü ilə çalışır.”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Amerikanın Suriyanın sərvətlərini oğurlamaqda tamahkarlığının miqdarı onun hərbi yardım göstərməkdəki səxavəti qədər təəccüblüdür ki, bu da çox vaxt milyardlarla, hətta on milyardlarla dollara çatır.

Ven Bin əlavə edib: “Vaşinqton üçün vacib olan şey onun hegemonluğu və digər mənafelərni əldə etməkdir.”

O, sonda Suriya xalqının və beynəlxalq ictimaiyyətin bununla bağlı açıqlama istədiyini bildirib və Vaşinqtondan beynəlxalq qanunları pozmağı dayandırmasını tələb edib.

Bundan əvvəl Suriyanın BMT-dəki daimi səfiri Bəssam Sabba xəbərdarlıq etmişdi ki, Amerika işğalçı qüvvələri və onlara bağlı silahlı birləşmələr tərəfindən neft və buğda da daxil olmaqla, Suriyanın sərvət və resurslarının davamlı şəkildə talan edilməsi Suriya xalqının iztirablarını daha da artıracaq.

2016-cı ilin dekabrında ABŞ-ın Suriyadakı hərbi qolu kimi İŞİD terror qruplaşmasının məğlubiyyəti ilə Amerika qüvvələri bu qruplaşmanı əvəz etdi. Məhz həmin vaxtdan Suriya neftini çıxarmağa və oğurlamağa başladı.

Amerika qüvvələrinin işğalı altında olan ərazilər və onların dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi tanınan silahlı birləşmələr Əl-Həsakədə və Suriyanın digər şimal bölgələrində hər zaman Suriya vətəndaşlarının terrorçuların mövcudluğuna etirazlarının şahidi olub.

Suriya hökuməti dəfələrlə vurğulayıb ki, Suriyanın şərqində və şimal-şərqində bu silahlı birləşmələrin və amerikalıların nefti talamaqdan başqa, digər məqsədi yoxdur və onların mövcudluğu qeyri-qanunidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − four =